Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistandakı QHT-nin rəhbəri Moskvaya buraxılmadı
Ermənistandakı QHT-nin rəhbəri Moskvaya buraxılmadı
01 Sentyabr 2016 / 12:10 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4

Ermənistan vətəndaşı, Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin rəhbəri Stepan Qriqoryanın Rusiya ərazisinə girişinə qadağa qoyulub.

Ermənistan KİV-i xəbər verir ki, 2030-cu ilədək onun Rusiya ərazsinə daxil olması qadağan edilib.

Загрузка...

“Avqustun 30-da mən Moskvada Şeremetyevo hava limanına enmişəm. Rusiyaya səfərdə məqsədim 2014-cü ildə Moskva qəbiristanlıqlarından birində dəfn edilən atamın məzarını ziyarət etmək idi. Bunun üçün mənim 10 saat vaxtım var idi. Gecə Yerevana uçmalıydım. Ancaq Rusiya ərazisinə giriş etməyimə icazə verilmədi. Moskvada Şeremetevo hava limanında sərhədçilər məni ölkəyə buraxmadı”, – deyə o, məsələ ilə bağlı bəyanatında vurğulayıb.

O, Rusiya ərazisində heç bir ictimai-siyasi fəaliyyətlə məşğul olmadığını bildirib: “Bu halda onlar yalnız “Rusiya Federasiyası ərazisinə giriş və çıxış qaydaları haqqında” qanunun 26-cı maddəsinin 9-cu bəndi tətbiq edə bilər. Həmin bənddə deyilir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq edən xarici ölkə vətəndaşının Rusiya ərazisinə buraxılması arzuedilən deyil. Heç kimə sirr deyil ki, mənin başçılıq etdiyim qeyri-hökumət təşkilatı Avropada fəaliyyət göstərən ictimai birliklərlə əməkdaşlıq edir. Bundan başqa, biz erməni xalqının gələcəyini Avropa ailəsində gördüyümzü də gizlətmirik”.

Stepan Qriqoryan məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib. O daha bir neçə gün gözləyəcəyini və bundan sonra öz hüquqlarını müdafiə etmək üçün başqa tədbirlər görəcəyini bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə