Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya həkimləri İslam Kərimovun yanındadır
Rusiya həkimləri İslam Kərimovun yanındadır
31 Avqust 2016 / 17:27 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4

Rusiyanın Burdenko adına neyrocərrahiyə institutunun həkimləri prezident İslam Kərimovun müalicəsi üçün Özbəkistandadır.

Virtualaz.org xəbər verir ki, bu məlumatı RBK agentliyi tibbi dairələrdəki mənbələrə istinadən yayıb. İnsititutun elmi rəhbəri Aleksandr Konovalov məlumatı təsdiqləyib. “Onlar çoxdan oradadır, artıq ilk məqamlardan bizim həkimlər ora gedib”-Konovalov bildirib.

Загрузка...

Konovalovun sözlərinə görə, bu məsələni institutun direktoru, neyrotravmatologiya şöbəsinin rəhbəri Aleksandr Potapov kurasiya edir. Potapovdan şərh almaq mümkün olmayıb.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Olqa Qolodets açıqlamışdı ki, Özbəkistan Kərimovun müalicəsi ilə bağlı kömək üçün rəsmən müraciət etməyib. “Əgər müraciət olunsa biz həmişə kömək etməyə hazırıq”-o deyib.

Təsdiqlənməmiş məlumatlara görə Kərimov hazırda süni tənəffüs aparatına qoşulub, digər mənbələr isə onun öldüyünü iddia edirdi.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə