Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtən telefonları “Google”da tapmaq mümkün olacaq
İtən telefonları “Google”da tapmaq mümkün olacaq
31 Avqust 2016 / 14:17 / Baxış sayı: 946
Font1 Font2 Font3 Font4

“Google” şirkəti “Android”lər üçün yeni funksiya əlavə edib. Bu funksiya vasitəsi ilə istifadəçi itmiş telefonunu tapa biləcək.

Bizimxeber.az baku.ws-ə istinadən bildirir ki, bu ilin aprelindən test mərhələsində yoxlanılan funksiyaya görə istifadəçi “Google” sətrində “find my phone” (mənim telefonumu tap) yazmaqla onlayn xəritə üzərində telefonunun harada olduğunu görəcək.

Загрузка...

Qeyd edək ki, bu yeni funksiya brauzerdə smartfonunuzun qeydiyyatda olduğu eyni “Google” hesabı açıq olduğu zaman işləyəcək. Əfsuslar olsun ki, oğurlanmış smartfonu bu funksiya vasitəsilə kilidə (bloklamaq) salmaq mümkün deyil.

“Google” şirkətinin mühəndislərinin sözlərinə görə, belə variant tətbiq olunsa, 3-cü şəxslər sizin hesabınızı ələ keçirib, telefonunuzu sizə zərər vermək üçün kilidə sala bilərlər. Mühəndislər smartfonun oğurlanması zamanı “Android Device Manager” veb-saytından istifadə etməyi məsləhət görürlər.

Mühüm məqamlardan biri də odur ki, “find my phone” funksiyası, olsa bilsin ki, yalnız “Google”un rəsmi tətbiqinin sonuncu versiyası quraşdırılan smartfonlarda işləyəcək.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə