Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DANİB təlim təşkil edəcək
DANİB təlim təşkil edəcək
31 Avqust 2016 / 12:28 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” adlı layihə həyata keçirir.

Ictimai Birlikdən verilən məlumata görə layihə çərçivəsində müxtəlif regionları təmsil edən 20 gənc seçiləcək və onlara ictimai iştirakçılıq, könüllülük, şəbəkələşmə və vətəndaş fəallığı mövzularında 4 günlük təlim təşkil olunacaq.

Загрузка...

Təlimdə vətəndaş cəmiyyətinin əsas ünsürlərindən olan təşəbbüs qruplarının yaradılma məqsədi, fəaliyyət dairəsi, vəzifələri və gənclərin ictimai təşəbbüskarlığının artırılmasındakı rolu haqqında iştirakçılara zəruri məlumatlar veriləcək. Hazırda layihəyə qatılmaq üçün müraciətlər davam edir. Yaxın günlərdə layihənin işçi qrupu tərəfindən seçilmiş iştirakçılar nəticələr haqqında məlumatlandırılacaq.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə