Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk müxalifət liderinin korteji atəşə tutuldu: 1 ölü, 3 yaralı-FOTO, VİDEO, YENİLƏNİB
Türk müxalifət liderinin korteji atəşə tutuldu: 1 ölü, 3 yaralı-FOTO, VİDEO, YENİLƏNİB
25 Avqust 2016 / 19:57 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Artvin vilayətində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun kortejinə silahlı hücum olub.

Silahlılarla mühafizəçilər arasında bir müddət atışma olub.

Загрузка...

Hadisə nəticəsində korteji müşayiət edən 1 hərbçi ölüb, 3-ü yaralanıb.

Türkiyənin daxili işlər naziri Əfqan Ala silahlı hücumun PKK terror təşkilatı tərəfindən törədildiyini istina etməyib.

CHP lideri artıq təhlükəsiz yerdə olduğunu bəyan edib.

“Haber7”-yə istinadən silahlı hücumdan ilk görüntüləri təqdim edirik:

*   *   *15:49

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) sədri Kamal Kılıcdaroğlunun maşın karvanı atəşə tutulub.

“Report” xəbər verir ki, hadisə CHP liderinin də olduğu maşın karvanı Artvin əyalətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən Yanıklı kəndi yaxınlığında baş verib.

Məlumata görə, CHP lideri təyyarə ilə Qarsa uçaraq, oradan Artvindək tədbirlərdə iştirak etməyə gedirmiş. Hadisə də həmin vaxt baş verib.

K.Kılıcdaroğlunun mühafizəçiləri atəşə qarşılıqlı cavab verib. Bundan sonra təhlükəsizlik qüvvələri atəş açan naməlum şəxslərin tutulması istiqamətində əməliyyata başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Artvin valisinə zəng edib, hadisə haqqında məlumat alıb.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə