Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyənin Rusiyadakı yeni səfirinin adı açıqlandı
Türkiyənin Rusiyadakı yeni səfirinin adı açıqlandı
22 Avqust 2016 / 16:34 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4

Türkiyənin Braziliyadakı səfiri Hüseyn Diriöz Rusiyaya yeni səfir təyin edilib.

“İnterfax” xəbər verir ki, Ankaranın Moskvadakı səfirliyi Türkiyənin Rusiyaya yeni səfir təyin etməsi haqda məlumatı təsdiqləyib.

Загрузка...

Diplomatik nümayəndəlikdən bildiriblər ki, Türkiyə Rusiyaya yeni səfiri iyunda təyin edib.

Məlumata görə, Ankaranın Moskvadakı hazırkı səfiri Ümit Yardım Türkiyə xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilə bilər.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə KİV-i Ümid Yardımın yerinə Hüseyn Diriözün təyin ediləcəyi haqda məlumat yaymışdı.

H.Diriöz 1956-cı ildə Türkiyədə anadan olub. Anakar İnversiteti Siyasi Elmlər, Virciniya Universiteti Beynəlxalq Münasibətlər fakültələrini bitirib. 1978-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyində işləyir. 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı səfiri, 2009-2010-cu illərdə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün xarici siyasət məsələləri üzrə baş müşaviri, 2010-2013-cü illərdə NATO-nun müdafiə siyasəti və palanlaşdırma məsələləri üzrə baş katibin müavini vəzifəsində çalışıb. 2013-cü ildən Türkiyənin Braziliyada səfirdir.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə