Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Həsənov Xəzərdə döyüş təlimlərini izlədi – FOTOLAR
Zakir Həsənov Xəzərdə döyüş təlimlərini izlədi – FOTOLAR
22 Avqust 2016 / 15:46 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4

Avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  Bizimxeber.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərin daimi bazalanma məntəqəsində olub, gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Загрузка...

Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə qüvvə və vasitələrin tam döyüşə hazır olma dərəcəsinə gətirilmə qərarını məruzə edib.
Komanda Məntəqəsinə gələn müdafiə nazirinə təlimlərdə iştirak edən gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində əməliyyat şəraiti və Hərbi Dəniz Qüvvələrinin idarə olunması barədə operativ məlumat verilib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələrinin cəlb olunması ilə keçirilən təlimlərin əsas məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərin planlaşdırılmasından ibarətdir. Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də sona çatacaq.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə