Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Binali Yıldırımın müxalifət liderləri ilə görüşü bitib-YENİLƏNİB
Binali Yıldırımın müxalifət liderləri ilə görüşü bitib-YENİLƏNİB
22 Avqust 2016 / 14:54 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımla müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı arasında görüş başa çatıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüş 3 saat davam edib.

Загрузка...

*** 12:12

Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımla müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı arasında görüş başlayıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, B.Yıldırımla parlamentdə təmsil olunan iki müxalifət partiyasının liderlərinin görüşü Çankaya iqamətgahında keçirilir.

Mətbuat üçün qapalı olan görüşdə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi, terrorçuluğa qarşı mübarizə, konstitusiyaya ediləcək dəyişikliklər və digər məsələlər müzakirə olunur.

Türkiyə KİV-nin yazdığına görə, baş nazirin iqamətgahında ilk dəfədir belə bir görüş keçirilir.

Qeyd edək ki, yığıncaqda baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Çankaya iqamətgahında bir araya gəlib.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə