“Qarabağ” – “Göteborq” oyununun biletləri satışa çıxarılıb
“Qarabağ” – “Göteborq” oyununun biletləri satışa çıxarılıb
22 Avqust 2016 / 13:28 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4
Загрузка...

Avropa Liqasının “pley-off” mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” və Sloveniya “Göteborq”u arasında Bakıda keçiriləcək oyunun biletləri bu gündən satışa çıxarılıb.

Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Oyunu izləmək istəyən azarkeşlər sektorlardan asılı olaraq 1 manat (1-5 və 24-28 nömrəli sektorlar), 2 manat (6-10 və 19-23 nömrəli sektorlar) və 5 manat (11-18 nömrəli sektorlar) ödəməlidir. VİP sektora biletlər 30 manatdır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Göteborq” oyunu saat 20:30-da start götürəcək. Sloveniyada keçirilən ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə məğlub olub.

Bizimxeber.az 



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə