Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin Ərdoğana başsağlığı verdi
Putin Ərdoğana başsağlığı verdi
21 Avqust 2016 / 16:21 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4

Rusiya prezidenti Vladimir Putin Qaziantep şəhərində törədilən terror aktı nəticəsində onlarla dinc insanın həyatını itirməsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Загрузка...

V. Putin bildirib ki, baş verən hadisə bir daha beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini real olaraq birləşdirməsinin vacib olduğunu ortaya qoyub. Rusiya prezidenti bir müddət əvvəl Sankt-Peterburqda əldə edilən razılaşmalar çərçivəsində Türkiyə ilə terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıb. V. Putin terror aktı nəticəsində həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verib.(APA)

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə