Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişlidə ağır qəza – 5 yaralı
İmişlidə ağır qəza – 5 yaralı
14 Avqust 2016 / 11:00 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4

İmişlidə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bizimxeber.az Report-a istinadən məlumatına görə, hadisə ötən gün gecə saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Загрузка...

Əvvəlcə “QAZ-53” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Bundan sonra Balakən rayon sakini, 32 yaşlı Kənan Fazil oğlu Lələyev idarə etdiyi TIR-ı saxlaya bilmədiyindən “QAZ-53” markalı avtomobilə çırpılıb. Nəticədə TIR-ın sürücüsü də daxil olmaqla “QAZ-53”ün kuzovunda olan Saatlı rayon sakinləri – 18 yaşlı Cavid Cəfər oğlu Abbasov, 25 yaşlı Zülfüqar Yadigar oğlu Qurbanov, 17 yaşlı Əkbər Valeh oğlu Fətullayev və 17 yaşlı Elşən Mehman oğlu Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara ilk tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Cavid Abbasovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə