Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əziz Yıldırım Bakıdan qayıdanda təyyarədə Fətullah Gülən haqqında nə deyibmiş…
Əziz Yıldırım Bakıdan qayıdanda təyyarədə Fətullah Gülən haqqında nə deyibmiş…
11 Avqust 2016 / 12:10 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4

Türkiyədə 2011-ci ildə danışılmış futbol oyunları ilə bağlı  həbs əməliyyatını təşkil edən Fətullah Gülən olub.

Virtualaz.org xəbər verir ki, bu açıqlama ilə CNN Türk kanalında qatıldığı proqramda journalist, vaxtilə Fətullah Gülənin ən yaxın adamlarından olan Hüseyn Gülerce çıxış edib.

Загрузка...

O, bildirib ki, buna səbəb “Fənərbaxça” futbol klubunun prezidenti Əziz Yıldırımın Gülənin ünvanına sərt sözlər işlətməsi idi. Gülerce Aziz Yıldırımın keçmiş vəkili Faiq İşıqa istinadən bildirib ki, Yıldırım Azərbaycandan qayıdarkən özəl təyyarədə iş adamı İhsan Kalkavana “Sənin Fətullah Gülənin yanında nə işin var?” deyib:

“Aziz bəy zarafatcıl adamdır. O, zarafat etdikdə tikanlı cümlələr işlədir və bu bəzən qarşısındakı insana toxuna bilir. İhsan Kalkavana zarafatla dedikləri də ünvana çatdırılıb. O, çox ağır zarafat edib. Deyib ki, bu qədər iş adamının Həccə gedirmiş kimi Pensilvaniyaya getməsini anlaya bilmir, Gülənin ünvanına başqa sözlər də deyib. ”, – deyə F. İşıq bildirib.

Jurnalist iddia edir ki, bu fikirlər Gülənə çatdırıldıqdan sonra o, qəzəblənərək Əziz Yıldırımdan dediyi sözlərə görə intiqam alıb və danışılmış oyunlarla bağlı həbs əməliyyatını təşkil edib.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə