Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan Qarabağ münaqişəsinin həllinə müsbət fikir bildirdi
Ərdoğan Qarabağ münaqişəsinin həllinə müsbət fikir bildirdi
11 Avqust 2016 / 10:51 / Baxış sayı: 744
Font1 Font2 Font3 Font4

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var”.

Bizimxeber.az  Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Загрузка...

Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər.

Ərdoğan deyib: “Bütün dünya bilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Və əgər hamı bunu bilir, etiraf edirsə, onda bu işğala nə üçün son qoyulmasın?”

Ərdoğan qeyd edib ki, 23 ildən artıq bir müddət ərzində ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilməyiblər.

Türkiyə prezidenti vurğulayıb: “Hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir”.

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması barədə danışarkən Ərdoğan bildirib ki, Azərbaycan da bu məsələyə Türkiyə və Rusiya kimi müsbət yanaşır.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə