Xəbər lenti


  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yeni uçot dərəcəsinin təsiri izlənilir
Yeni uçot dərəcəsinin təsiri izlənilir
09 Avqust 2016 / 11:18 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4
Загрузка...

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 9,5%-ə çatdırsa da, bu, hələ əmanətlərin sığortalanması üçün maksimal faiz həddini (12%) artırmağa əsas vermir. Bu barədə “Report”a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ilk növbədə yeni uçot dərəcəsinin bazara təsirinə baxmalıdır: “Sığortalanma faizinin artırılması bazarın reaksiyasından asılı olacaq. Əgər AMB-nin qərarından sonra əmanətlərin illik faiz dərəcəsində artım olarsa, o zaman faiz həddinin artırılması qaçılmaz olacaq. Əmanətlərin gəlirliliyində nəzərəçarpacaq artım olmasa, faizlərin artırılmasına ehtiyac olmayacaq”.
Bununla yanaşı, A.Cavadov qeyd edib ki, faizlərin artırılması həm də aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır: “Sığortalı əmanətlərə görə kompensasiya limiti (30 min manat) aradan qaldırılıb. Son nəticədə, qorunan əmanətlərin həcmi yarım il ərzində 2 mlrd. manatdan 4,5 mlrd. manata qədər artıb. Bu təminatı verən dövlətdir və sığortalanma faizinin artırılmasına dövlət də razılıq verməlidir. Çünki, faiz artacaqsa qorunan əmanətlərin məbləği bir qədər də artacaq”.

Bizimxeber.az 



Şərh əlavə edin












Yuxarı Geri Ana səhifə