Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Savçenko Rusiya lobbisi olmaqda ittiham olunur
Savçenko Rusiya lobbisi olmaqda ittiham olunur
05 Avqust 2016 / 9:21 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4

Ali Radanın deputatı Nadejda Savçenko Ukraynanın şərqində gedən Antiterror əməliyyatını bitirmək üçün çağırış edib. Bizimxeber az  bildirir ki , bu haqda avqustun 4-də “Ekspresso” kanalı məlumat verib.

“Hərbi rejim tətbiq etmək çox təhlükəlidir. Biz  Antiterror əməliyyatı adlanan xaosu heç bir əlavə müharibə etmədən təcili bitirməliyik. “- deputat bildirib.

Загрузка...

Savçenko həmçinin, qeyd edib ki, Ukraynada iki ildir Antiterror əməliyyatı yox , məhz əsl müharibə gedir.

“Bizdə olan müharibədir. Bunu hələ iki il əvvəl Krımda hadisələr başlayanda etiraf etmək lazım idi”,- Savçenko qeyd edib.

Keçmiş hərbçi onu da qeyd edib ki, Donbassdakı milisləri bağışlamasa da  onlara qarşı heç bir nifrəti yoxdur.

Avqustun 3-də Ukraynanın Ali Radasının deputatı Andrey Teteruk kolleqasını “putin lobbiçisi” adlandırıb. O ,Savçenkonun bəyanatının rusiya hakimiyyətinin konflikti həll etmək üçün verdiyi planla üst üstə düşdüyünü xüsusi vurğulayıb.

Bundan əvvəl də bir dəfə Radikal partiyanın fraksiya lideri Oleq Lyaşko da Savçenkonu Ukraynaya geri qaytarılmaq üçün Rusiya tərəfi ilə razılaşdığını demişdi.

Savçenko iyulun 22-də ukraynalıların Donbass əhalisindən üzr istəməli olduğunu bəyan etmişdi. İyunda Doneçk və Luqandanın rəhbərləri ilə birbaşa danışıq etmək lazım olduğunu təklif eləmişdi. Deputat onu da qeyd etmişdi ki, bu danışıqlar və qarşılıqlı anlaşma həmçinin əsirləri dəyişmək üçün də vacibdir.

 

 

İyulun 11-də Savçenko Donbassdakı konfliktin 2016-cı ildə bitəcəyi fikrini deyib.

Qeyd edək ki, Savçenko 2014-cü ildə Rusiyada məhkum olunmuşdu. Mart ayında Rostov məhkəməsi onu jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin ölümündə təqsirli bilinərək  22 il azadlıqdan məhkum etmə cəzası  vermişdi. Mayda prezident Putin onu əfv etmiş və Ukraynaya geri göndərmişdi.

Bizimxeber.az 

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə