Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş pediatr valideynləri xəbərdar etdi
Baş pediatr valideynləri xəbərdar etdi
02 Avqust 2016 / 12:21 / Baxış sayı: 700
Font1 Font2 Font3 Font4

“Yay mövsümündə məhsullar tez xarab olduğu üçün uşaqlara qidalar təzə-təzə verilməlidir”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyib.

Загрузка...

O bildirib ki, yay aylarında, xüsusilə körpə uşaqlara verilən qidanın tərkibini dəyişmək olmaz: “Yay mövsümündə körpə uşaqların qidalanmasında əlavə yeməklərə keçmək olmaz. Əlavə qidalar veriləcəksə, bunu ilin sərin aylarına saxlamaq lazımdır. Əgər körpənin 6 ayı yayda tamam olubsa, əlavə qidalara keçmək üçün bir-iki ay gözləmək lazımdır. Bundan başqa, uşaqlara yaşına uyğun olmayan qida vermək olmaz. Həddindən artıq soyuq və ya isti qidalar vermək də məsləhət deyil. Yay mövsümündə ən çox zədələnən orqanlardan biri də mədə-bağırsaq sistemidir”.

Uşaqlara yemiş-qarpız verilməsinə gəlincə, həkim bildirib ki, bunun üçün həmin məhsulların tərkibini bilmək lazımdır: “Əslində, uşaqlara bir yaşından sonra yemiş-qarpız vermək olar. Bir şərtlə ki, məhsulun kimyəvi maddələr verilmədən yetişdirilib-yetişdirilmədiyini biləsən. Bunu da heç kim təyin edə bilmədiyi üçün konkret bir söz demək olmur”.

Baş pediatr əlavə edib ki, böyüklər yedikləri qarpızın mənfi təsirini görməsələr, həmin məhsuldan uşağa verə bilərlər.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə