Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədəki “İncirlik” bazası mühasirəyə alındı
Türkiyədəki “İncirlik” bazası mühasirəyə alındı
31 İyul 2016 / 11:15 / Baxış sayı: 916
Font1 Font2 Font3 Font4

Türkiyədə NATO -nun istifadə etdiyi “İncirlik” hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə, hərbi obyektin giriş-çıxışı dünən yerli vaxtla 23.00-da bloklanıb. Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşı tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.

Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik Twitter səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: “Mən hazırda Adanadayam… Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib”.

“Haber Turk” aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordun bu günə nəzərdə tutulmuş səfəri ilə əlaqələndirib. Onun Ankarada bir sıra ikitərəfli görüşlər keçirəcəyi və “İncirlik” aviabazasında xidmət aparan Amerika hərbçilərinə baş çəkəcəyi nəzərdə tutulub.

Загрузка...



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə