Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin daha 4-ü tutulub (YENİLƏNİB)
Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin daha 4-ü tutulub (YENİLƏNİB)
25 İyul 2016 / 20:39 / Baxış sayı: 798
Font1 Font2 Font3 Font4
  • Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.

    Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub. Daha əvvəl isə hüquq-mühafizə orqanlarına Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayıb tutmaq müvəffəq olmuşdu.

    Qeyd edək ki, Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının 17 olduğu söylənilir.

    Загрузка...

    XXX

    17:17

    Türkiyə polisi hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin saxlanılması üçün əməliyyat aparır.

    Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, üç xüsusi təyinatlı saxlanılıb.

    Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə