Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Donald Tramp Respublikaçıların qurultayından sonra populyarlıqda Hillari Klintonu qabaqlayır
Donald Tramp Respublikaçıların qurultayından sonra populyarlıqda Hillari Klintonu qabaqlayır
25 İyul 2016 / 19:23 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4

Respublikaçılar Partiyasının qurultayından sonra partiyadan ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Demokratlar Partiyasından rəqibi olacaq Hillari Klintonu populyarlıqda qabaqlayıb.

“Report” xəbər verir ki, bunu CNN və “ORC International” şirkətlərinin keçirdiyi sorğunun nəticələri göstərir.

Загрузка...

Sorğunun nəticələrinə görə, Tramp Klintonu 3% üstələyir. Belə ki, rəyi soruşulanların 48%-i D.Trampı, 45%-i isə H.Klintonu dəstəklədiyini bildirib.

Əldə olunan məlumatlardan aydın olur ki, D.Tramp heç bir partiyaya üstünlük verməyənlərdən daha çox səs toplayıb (28%-ə qarşı 46%).

Qeyd edək ki, Respublikaçılar Partiyasının qurultayı iyulun 18-dən 21-dək Klivlenddə (Ohayo ştatı) keçirilib. Demokratlar Partiyasının qurultayı isə hələ bu gün Filadelfiyada (Pensilvaniya ştatı) başlayıb və iyulun 28-dək davam edəcək.

ABŞ-da prezident seçkiləri isə bu ili noyabrın 7-də keçiriləcək.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə