Bakıda yol polisi “avtoşluq” edir – VİDEO
Bakıda yol polisi “avtoşluq” edir – VİDEO
22 İyul 2016 / 15:23 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4
Загрузка...

Olay Bakı-Sumqayıt yolunda – “Şamaxinka”dakı körpünün çıxışında baş verib. Videonu çəkən şəxs bildirir ki, 99 YP 473 dövlət nömrə nişanlı DYP avtomobilindəki yol polisi əməkdaşı taksi sürücüsü ilə mübahisə edib. Sonra isə yolda taksi sürücüsünə təhlükəli anlar yaşadıb.

Videodan da göründüyü kimi, DYP avtomobili taksini yolun kənarına sıxır, onun qarşısına keçərək təhlükəli manevrlər edir və normal hərəkət etməsinə imkan vermir. DYP əməkdaşının hərəkətlərindən bezən taksi sürücüsü sağ zolağa – Biləcəri istiqamətinə çıxıb və orada qəzaya düşüb. Bunun ardınca DYP avtomobili də qayda pozmaqla həmin yola çıxaraq hərəkət edib. Belə polis əməkdaşının hərəkətinə hüquqi qiyməti aidiyyatı orqanlar verməlidir. (Avtosfer.az)

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Videoda Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratdığı əksini tapıb.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə