Batmaqdan xilas edilən şəxs cinayətkar kimi axtarışda imiş
Batmaqdan xilas edilən şəxs cinayətkar kimi axtarışda imiş
22 İyul 2016 / 12:45 / Baxış sayı: 520
Font1 Font2 Font3 Font4
Загрузка...

İyulun 19-da gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Dövlət Sərhəd Xidmətinə müraciət edərək Xəzər dənizinin Pirallahı adası istiqamətində batan şəxsin xilas edilməsi üçün kömək istəyib.

DSX-dən bizimxeber.az saytına verilən məlumatda deyilir ki, havanın əlverişsiz olmasına baxmayaraq, texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək sahilə çıxarılıb.

Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə başlanmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.

Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.

Bizimxeber.az 



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə