Leyla Əliyeva Emin Ağalarovun festivalında – FOTO
Leyla Əliyeva Emin Ağalarovun festivalında – FOTO
10 İyul 2016 / 11:00 / Baxış sayı: 1200
Font1 Font2 Font3 Font4
Загрузка...

Xəzər dənizinin sahilində, Nardaran qəsəbəsində “JARA” musiqili festivalı start götürüb.

Bakıya gələn məşhur rusiyalı ulduzlar festivalın qırmızı xalçasından keçiblər.

Festivalın qonaqları arasında Leyla Əliyeva da var.

“JARA” festivalı iki gün davam edəcək. Festivalda Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, EMIN, Aleksey Vorobyov, MBAND, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, A-DESSA, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iştirak edirlər.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar. Festival bir həftədən sonra AzTV və Rusiyanın Birinci kanalı ilə yayımlanacaq.

Daha əvvəl verdiyi açıqlamada Emin Ağalarov dövlət səviyyəsində kömək olmadan bu miqyasda tədbiri təşkil etməyin mümkün olmadığını deyib və ona göstərilən yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, habelə Leyla Əliyevaya şəxsən dərin təşəkkürünü bildirib. //anspress

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə