İngiltərənin sifariş etdiyi super silah – VİDEO
İngiltərənin sifariş etdiyi super silah – VİDEO
01 İyul 2016 / 10:08 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4
Загрузка...

ABŞ 2018-ci ildən etibarən qırıcı təyyərni Böyük Britaniyaya satacaq.

Hazırlanması 93 milyon dollara başa gələn Supersonik döyüş təyyarəsi ilk uçuşunu edib. ANS PRESS-in “Daily Mail” elektron nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Dəniz Qüvvələri Korpusunun müşayiəti ilə uçuşu reallaşdıran Supersonik müvəffəqiyyətlə yerə enib.

5-ci nəsil supersonik döyüş təyyarəsi ilk dəfə Böyük Britaniyaya gəlib. Təyyarə Kral Hava Qüvvələrinin Feyrford aviabazasında eniş edib. “F-35B Laytninq-2” markalı qırıcı təyyarə 10-saatlıq ilk uçuşunu məhz Amerika Birləşmiş Ştatlarından İngiltərəyə edib. Döyüş təyyarəsini ABŞ Dəniz Qüvvələri Korpusunun iki təyyarəsi müşayiət edib.

Bu, Böyük Britaniyanın ABŞ-dan 2018-ci ildən etibarən alacağı yeni nəsil döyüş təyyarələrindən birincisidir. Onun göyərtəsində olan ekipaj üzvləri britaniyalı həmkarlarına yeni nəsil döyüş təyyarəsinin imkanları və uçuş xüsusiyyətləri ilə bağlı təlim keçəcəklər. “F-35B” döyüş təyyarəsi Beynəlxalq “Eyr-Tatu” və “Farnboro” Beynəlxalq Aviaşoularında nümayiş etdiriləcək. Təyyarənin inşası 70 milyon funt-sterlinqə (93 milyon dollara) başa gəlib.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə