Putindən Ərdoğana başsağlığı zəngi – 40 dəqiqə danışdılar
Putindən Ərdoğana başsağlığı zəngi – 40 dəqiqə danışdılar
29 İyun 2016 / 15:37 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4
Загрузка...

Türkiyə və Rusiya prezidentləri rus təyyarəsinin vurulmasından sonra ilk dəfə bir-biriləri ilə əlaqə saxlayıblar.

Qaynarinfo.az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışğı 40 dəqiqəyə yaxın davam edib. Danışıq zamanı Putin İstanbulun Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı Türkiyə prezidentinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, sözügedən danışığın olacağı barədə Kremlin mətbuat katibi Dmitriy Peskov məlumat vermişdi. O, danışığın Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacağını bildirmişdi.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə