Bakıda yol polisinin 60 manat və 3 ballıq qayda pozuntusu – VİDEO
Bakıda yol polisinin 60 manat və 3 ballıq qayda pozuntusu – VİDEO
28 İyun 2016 / 15:09 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4
Загрузка...

Bakıda yol polisi əməkdaşı xidmət zamanı kobud qayda pozuntusuna yol verib. Qaynarinfo.az bildirir ki, avtosfer.az-a oxuculardan birinin göndərdiyi videodan məlum olur ki, 99 YP 363 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan polis əməkdaşı heç bir zərurət olmadan “Olimp-in yanı” kimi tanınan ərazidə – İnşaatçılar prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
“Yol Patrul Xidməti haqqında” Təlimata uyğun olaraq, yol polisləri yalnız xidməti zərurət olduqda qayda poza bilərlər. Bu zaman təhlükəsizlik qaydalarına tam riayət etməlidirlər. Lakin videodan da göründüyü kimi, YPX əməkdaşı heç bir təhlükəsizlik qaydasına əməl etmədən qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxır. Bu azmış kimi, düzünə hərəkət edən avtomobillərin qarşısına çıxaraq geriyə dönür. Bu zaman o, heç bir işarə vermir, Təlimatda göstərildiyi kimi, xüsusi səs siqnallarından və sayrışan işıqlardan da istifadə etmir.

Kimsə iddia edə bilər ki, həmin əməkdaş harasa tələsirmiş və ya xidməti tapşırığın icrası üçün təcili getməli imiş. Lakin videonun sonunda avtomobilin arxa kamerasındakı görüntülərə də diqqət etdikdə məlum olur ki, bu qədər təhlükəli vəziyyət yaradan YPX əməkdaşı geriyə dönəndən sonra yolun əks tərəfindən dayanır. Yəni, burada geriyə dönməni tələsmədən daha normal şəkildə də həyata keçirə bilərdi.

Avtosfer.az bildirir ki, həmin DYP əməkdaşının törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat, 3 bal cərimə ilə qiymətləndirilə bilər.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə