İlham Əliyevlə Serj Sarkisyanın görüşü başladı VYANADAN, YENİLƏNİB
İlham Əliyevlə Serj Sarkisyanın görüşü başladı VYANADAN, YENİLƏNİB
16 May 2016 / 23:04 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4
Загрузка...

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.

Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbəre verir ki, Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri iştirak edir.

*   *   *

23:39

Bakı vaxtı ilə saat 22.30-a olan informasiyalara görə, Azərbaycan prezidenti İlham Əliyevlə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini arasındakı məsləhətləşmələr başa çatıb.Virtualaz.org xəbər verir ki, tərəflər təmas xəttində atəşkəsin qorunmasının vacibliyi məsələsində ümumi mövqe ifadə ediblər.

Azərbaycan nümayəndə heyətindəki mənbə «RİA Novosti»yə təsdiqləyib ki, az sonra prezident Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə məsləhətləşmələri başlayacaq. “Bu görüş Minsk Qrupu həmsədrlərinin iclasından əvvəl baş tutacaq”, – mənbə deyib.

*  *   *22:31

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Serj Sərkisyan Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşdə rəsmi Yerevanın “danışıqların bərpasına dair mövqeyini” çatdırıb. Sərkisyan bildirib ki, danışıqların başlanması üçün 1994-1995-ci illərdə əldə edilmiş atəşkəs razılaşmasına qəti şəkildə əməl olunmalıdır və atəşkəsin möhkəmləndirilməsi nizamlanmaya doğru addımlar atmaq üçün münbit şərait yaratmaq baxımından təxirəsalınmaz məsələdir.

Bu, Ermənistanın danışıqlardan de-fakto imtinasıdır. Çünki münaqişənin nizamlanmasına dair danışıqların bərpası üçün yeni şərtlər irəli sürür və bu şərtlər status-kvonu Ermənistanın xeyrinə möhkələndirməkdən başqa heç nəyə yaramır. Ümumiyyətlə, danışıqlara başlamaq üçün şərtlərin irəli sürülməsi absurddur və Azərbaycanın bu şərtləri qəbul etməsi ağlasığmazdır. Azərbaycan israr edir ki, status-kvonu möhkəmləndirmək əvəzinə hərtərəfli həllə nail olmaq üçün real siyasi proses başlasın.

*   *   *22:10

Bakı vaxtı ilə saat 22:00-a olan informasiyaya görə, Vyanada Aİ-nin xarici işlər üzrə Ali komissarı Federika Mogerini Ermənistan prezidenti Serj Sərkisyanla görüşü başa vuraraq Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüş bu dəqiqələrdə davam edir.

Gözlənilir ki, Federika Mogerinidən sonra ABŞ dövlət katibi Con Kerri də Azərbaycan prezidenti ilə məsləhətləşmələr aparacaq.

*   *   *21:57

Vyanadan gələn son xəbərlərə görə, Ermənistan prezidenti Serj Sərkisyanın Avropa İttifaqının xarici siyasət üzrə Ali nümayəndəsi Federiko Moqerino ilə görüşü keçirilib. Bunun ardınca Sərkisyan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

Ermənistan nümayəndə heyətindəki mənbə bildirib ki, Sərkisyanla Əliyev arasında görüşün baş tutması Kerri-Sərkisyan görüşünün nəticəsindən asılı olacaq.

Əgər nəticə müsbət olarsa, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təxminən 2 saat sonra başlayacaq. Söhbət 3+2 formatında görüşdən gedir.

*   *   *21:30

TASS-ın məlumatına görə, «3+2» formatında görüşün yekunu olaraq heş olmasa münaqişənin siyasi yolla həllinə çağıran birgə bəyanatın qəbul edilməsi “çox çətin” görünür.

“Buna nail olmaq asan olmayacaq. Bu, eskalasiyadan sonra İlham Əliyevlə Serj Sərkisyan arasında ilk görüşdür, baxaq görək dialoq necə keçəcək. Bilavasitə münaqişənin nizamlanmasına dair danışıqlara gəldikdə isə tərəflər buna heç yaxın da getmirlər”, – Vyanadakı nümayəndə heyətlərindəki mənbə görüşün başlaması ərəfəsində bildirib.

*   *   *21:18

Azərbaycan və Ermənistan prezidentləri ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-Mark Eyronun iştirakı ilə az sonra görüşəcək. Virtualaz.org xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Azadlıq” radiosunun rus xidmətinə bildirib.

“Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyro prezidentlər İlham Əliyev və Serj Sərkisyanla bir otaqda olacaqlar, danışıqlar aparacaqlar”-Uorlik bildirib. Amerikalı həmsədrin açıqlamasından belə qənaət yaranır ki, Vyanada təkbətək formatda Əliyev-Sərkisyan görüşü olmayacaq.

Nümayəndə heyətlərindən birindəki mənbə isə TASS-a bildirib ki, 3+2 formatında baş tutacaq görüşün yekunu olaraq birgə bəyanatın qəbul edilməsini razılaşdırmaq üçün müzakirələr gedir. Həmin bəyanatda münaqişənin siyasi yolla həllinə dəstək ifadə olunmalıdır. Ermənistan nümayəndə heyəti isə israrla insidentlərin araşdırılması mexanizminin müzakirəyə çıxarılmasına çalışır.

*   *   *20:49

Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüş keçirir.

Virtualaz.org bildirir ki, bu barədə TASS agentliyinə nümayəndə heyətlərindən birindəki mənbə xəbər verib.

“İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqları öncəsində Mogerini Əliyev və Sarkisyanla görüşür”, – mənbə bildirib.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə