NATO generalı Rusiya ilə müharibədən danışdı
NATO generalı Rusiya ilə müharibədən danışdı
07 May 2016 / 17:13 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4
Загрузка...

NATO Hərbi Komitəsinin rəhbəri, çexiyalı general Petr Pavel Rusiya ilə mümkün müharibədən danışıb.

Ölkə.Az xəbər verir ki, NATO generalı alyans üzvü olan ölkələri hərbi xərcləri artırmağa çağırıb.

General bildirib ki, NATO üzvü olan ölkələr hərbi xərcləri artırmaqla ABŞ-dan asılılığı aradan qaldıra bilərlər və beləliklə öz ordularını gücləndirmiş olarlar.

Daha sonra general NATO üzvü olan ölkələrin təhlükəsizlik məsələlərinə toxunaraq hazırda iki əsas təhlükənin, birinin cənubdan, Yaxın Şərqdən gələn terror təhlükəsi, digərinin və ən böyüyünün isə Rusiya olduğunu vurğulayıb.

“Terrorla mübarizədə daha ciddi təhlükəsizlik tədbirləri alınmalıdır. Rusiyaya gəldikdə isə, bu ölkə ilə toqquşma və müharibə çox çətin olacaq”, deyə NATO generalı vurğulayıb.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə