Rusiyanın Yerevandakı səfirliyi qarşısında növbəti aksiya
Rusiyanın Yerevandakı səfirliyi qarşısında növbəti aksiya
18 Aprel 2016 / 14:50 / Baxış sayı: 748
Font1 Font2 Font3 Font4
Загрузка...

Sabah ermənilər Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında erməni iş adamı Levon Ayrapetyanın azadlıqdan məhrum edilməsinə etiraz olaraq aksiya keçirəcəklər.

“Report” xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Moskvanın Zamoskvoretsk məhkəməsi Levon Ayrapetyanı 700 min dollarlıq maliyyə fırıldağında təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə hökmünə əsasən, o, cəzasını ümumi rejim islah əmək koloniyasında çəkəcək.

Bu, son 10 gündə Rusiyanın səfirliyinin binası qarşısında ermənilərin keçirdiyi üçüncü etiraz aksiyasıdır. Bundan əvvəlki aksiyada onlar səfirliyin binasını yumurta “atəşinə” tutmuşdu. Həmin iki aksiyada ermənilər Rusiyanın Azərbaycana silah satmasına etiraz ediblər. Qeyd edək ki, Levon Ayrapetyanın terrorçuluğa və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum olunan eks-senator İqor İzmestiyevin anasından oğlu barəsində çıxarılan məhkəmə qərarının yumşaldılması qarşılığında 700 min ABŞ dolları alıb.

L.Ayrapetyana qarşı bundan əvvəl də cinayət işi açılıb. O, Başqordıstanın “Başneft” şirkətinin işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunub. Xatırladaq ki, o, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorlarındandır. L.Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakları var.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə