Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yazıçı Əkrəm Əylisli Bakı hava limanında saxlanılıb – SƏBƏBLƏR
Yazıçı Əkrəm Əylisli Bakı hava limanında saxlanılıb – SƏBƏBLƏR
30 Mart 2016 / 11:47 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4

Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, bu gün səhər Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Загрузка...

Həyat yoldaşı Qalina Əylislinin “Turan” agentliyinə bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb.

Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əlyilsi ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

***

Əkrəm Əylislinin saxlanmasına DİN-dən reaksiya

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə