Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtobus qəzasında xəsarət alan məktəblilərə dairRƏSMİ MƏLUMAT
Avtobus qəzasında xəsarət alan məktəblilərə dairRƏSMİ MƏLUMAT
28 Mart 2016 / 15:16 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün qəzaya uğrayan məktəblilərlə bağlı açıqlama yayıb. BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva Lent.az-a bildirib ki, 71 nömrəli məktəbin uzaq məsafədə yaşayan valideynləri tərəfindən övladlarının məktəbə gətirilib aparılması üçün özəl avtobus xidmətindən istifadə edilir.

Bu gün səhər saatlarında məktəbə gələrkən qəza baş verib. 10-a yaxın şagird xəstəxanaya aparılıb, yüngül xəsarət alması səbəbilə hazırda hamısı evə buraxılıb.“Xəstəxanaya gətirilən şagirdlərin heç birində ciddi travma olmayıb”.

Загрузка...

***

Bunu 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov Lent.az-a açıqlamasında deyib. F.Zeynalov bildirib ki, təxminən 7-8 şagird bu gün səhər 08:00 radələrində xəstəxanaya gətirilib və onlara yardım edildikdən sonra evə buraxılıblar: “Hətta bəzilərinin heç yardım da ehtiyacı olmayıb, ciddi zədələr qeydə alınmayıb”.

11:25

Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Lent.azxəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən Report-a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb.

“Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb”, – xəstəxanadan bildirilib. Sabunçu Rayon Polis İdarəsindəm lent.az-a bildirilib ki, Səhər saatlarında belə bir hadisə baş verməyib, xəsarət alan olmayıb.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə