ATV-də daha bir veriliş bağlandı
ATV-də daha bir veriliş bağlandı
11 Mart 2016 / 15:26 / Baxış sayı: 1858
Font1 Font2 Font3 Font4
Загрузка...

“Azad Azərbaycan” telekanalında yayımlanan “Mənim mətbəxim” verilişi yayımını dayandırıb. 
Bunu verilişin aparıcısı müğənni Niyam Salami deyib: “Verilişə başlamamış sponsorla 4 aylıq müqavilə bağladıq. Müqavilə başa çatandan sonra həmin şəxslər sponsorluq etməkdən imtina etdilər. Beləcə, veriliş yayımını dayandırmalı oldu. Düşünürəm ki, “Mənim mətbəxim” verilişi 4 ay ərzində yaxşı baxıldı.

Xatırladaq ki, “Mənim mətbəxim” verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanırdı. Həmin verilişdə N.Salamidən öncə aparıcı Mətanət Əlverdiyeva aparıcılıq edirdi.

Qeyd edək ki, ATV-də daha bir mətbəx verilişi “Duz və istiot” da bağlanıb. Həmin verilişin aparıcısı isə əməkdar artist Zöhrə Abdullayeva idi.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə