İbrahimoviç “Çelsi”yə “od vurdu”
İbrahimoviç “Çelsi”yə “od vurdu”
10 Mart 2016 / 15:19 / Baxış sayı: 1252
Font1 Font2 Font3 Font4
Загрузка...

Londonda baş tutan oyunda PSJ qələbə qazanıb. İngiltərənin təmsilçisi “Çelsi” Çempionlar liqası ilə sağollaşıb. ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçirilib. Gecənin mərkəz oyunu Londonda baş tutub. “Çelsi” PSJ-niqəbul edib.

İlk hissədə Adrian Rabyonun qolu ilə qonaqlar önə çıxıb. Bir neçə dəqiqədən sonra Dieqo Kosta hesabı 1:1 edib. İkinci hissədə Zlatan İbrahimoviç Di Mariyanın məhsuldar ötürməsindən sonra qol vuraraq ev sahiblərinin ümidlərini üzüb. Beləliklə,  Paris klubu ilk görüşdəki kimi  2:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.

“Çelsi” (İngiltərə) – PSJ (Fransa) – 1:2 
Qol: Rabiot, 16 (0:1), Kosta, 27 (1:1), İbrahimoviç, 67 (1:2)
İlk oyun – 1:2

“Çelsi” – PSJ 1-2

Gecənin digər qarşılaşması Rusiyada keçirilib. “Zenit” “Benfika”nı qəbul edib. Bu matçda 2:1 hesabı ilə qalib gələn Portuqaliya təmsilçisi növbəti mərhələyə yüksəlib.

“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) – 1:2 
Qollar: Halk, 69 (1:0), Qaytan, 86 (1:1), Taliska, 90+6  (1:2)
İlk oyun – 0:1

“Zenit” – “Benfika” 1-2

Ötən gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarının iki qarşılaşması baş tutub. “Roma” Madriddə “Real”ın, “Gent” isə Almaniyada “Volfsburq”unqonağı olub. Hər iki qarşılaşmada qələbəyə meydan sahibləri sevinib. İlk oyunda qalib gələn “Real”la “Volfsburq” hər iki görüşün nəticəsinə görə adını növbəti mərhələyə yazdırıb.

1/8 finalın cavab oyunları
“Real” (Madrid, İspaniya) – “Roma” (İtaliya) – 2:0
Qol: Ronaldo, 64, Xames Rodriqez, 68

İlk oyun – 2:0
“Volfsburq” (Almaniya) – “Gent” (Belçika) -1:0
Qol: Şurle, 74
İlk oyun – 3:2

“Çelsi” PSJ qarşılaşması

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə