Ailənin yeganə övladı faciəvi şəkildə öldü
Ailənin yeganə övladı faciəvi şəkildə öldü
18 Fevral 2016 / 11:46 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4
Загрузка...

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

İmişlidə bədbəxt hadisə baş verib. 3 yaşlı uşaq su kanalına düşərək boğulub. İmişli Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Oruclu kəndində qeydə alınıb.

2013-cü il təvəllüdlü Mələk Azər qızı Mənsimova yaşadığı evin yaxınlığında oynayarkən ərazidən keçən su kanalına düşərək boğulub.  Valideynlər uşağın  evə qayıtmadığını gördükdə onu axtarmağa başlayıblar. Aparılan əməliyyat-axtarış tərbirləri nəticəsində körpə düşdüyü kanaldan çıxarılıb və ailəsinə təhvil verilib.

Hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi bildirilir. Qeyd edək ki, dünyasını dəyişən uşaq ailənin tək uşağı olub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Azyaşlının kanalda boğulması ilə nəticələnən  sonuncu hadisə fevralın 5-dəŞəmkir rayonunda baş verib. Rayonun Abbaslı kənd sakini 2008-ci il təvəllüdlü Mələk Qurbanlı məktəbdən çıxıb evə qayıdarkən kənd ərazisindəki su kanalına düşərək boğulub.

Ailə yeni çəkilən kanalın ətrafında qoruyucu səddin olmaması ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə