Mədəniyyət Nazirliyi: ““The Guardian”bizim üçün meyar deyil”
Mədəniyyət Nazirliyi: ““The Guardian”bizim üçün meyar deyil”
06 Yanvar 2016 / 16:01 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4
Загрузка...

“Böyük Britaniyanın “The Guardian” qəzetinin siyahısı bizim üçün meyar ola bilməz”.

Bunu açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının dünyanın müxtəlif ölkələrində təbliği istiqamətində mütəmadi işlər aparılır: “Ölkəmizin turizm potensialının Avropada və dünyanın müxtəlif ölkələrində təbliği və tanıtdırılması istiqamətində kifayət qədər işlər görülüb. Azərbaycanın cəlbedici turist ölkəsi kimi təbliğatı bu gün də davamlı olaraq aparılır və prioritet istiqamət kimi hər zaman diqqət mərkəzindədir.

Təkcə ötən il yüzlərlə nəşrdə, internet portalı və nüfuzlu telekanallarda Azərbaycanın cəlbedici turist ölkəsi olması haqda materiallar əksini tapıb və ən nüfuzlu media orqanlarının siyahısında Azərbaycanın da adı olub”.

Qeyd edək ki, “The Guardian” qəzeti 2016-cı ildə tətil istirahətini keçirmək üçün ən yaxşı ölkələr siyahısında Azərbaycanın adını daxil etməyib.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə