Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubad İbadoğlu: “Hər 3 nəfərdən 1-i banka borcludur”
Qubad İbadoğlu: “Hər 3 nəfərdən 1-i banka borcludur”
23 Noyabr 2015 / 14:47 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

“Əgər bu günə qədər banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa, deməli, siz ölkə əhalisinin 38 faizindən varlısınız”.

Virtualaz.org saytı bildirir ki, bunu iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu əhalinin banklara borclanma vəziyyətini dəyərləndirərkən sosial şəbəkədəki statusunda yazıb.

Загрузка...

O bildirib ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyion 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub: “Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi vardır. Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artırb.

MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb.

Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir.

Yekun olaraq onu qeyd etmək istərdim ki, ölkədə hər 3 adamdan ən azı 1-nin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb…”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə