Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Generalın xanımının səsini gizli yazıblar?
Generalın xanımının səsini gizli yazıblar?
20 Noyabr 2015 / 16:01 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Nüşabə Əsədova: “Mən heç bir jurnalistə açıqlama verməmişəm”

Nazir müavininin xanımı adından yayılan müsahibəni təkzib edir 

Загрузка...

Günün ən sensasion hadisələrindən biri heç şübhəsiz ki, milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovadan alınan açıqlama idi. 

N.Əsədova criminal.az saytına açıqlamasında həyat yoldaşının həbs olunmadığını, bu xəbərləri onun bədxahlarının yaydığını demişdi.

Musavat.com N.Əsədova ilə əlaqə saxlayaraq həm son durumu, həm də verdiyi açıqlamalarla bağlı əlavə məlumat öyrənmək istəyib. N.Əsədova ümumiyyətlə mətbuatla bu və ya digər formada əlaqə saxlamaq istəmədiyini bildirib: “Mənə heç kim zəng etməsin və söz soruşmasın. Mən danışmayacam”.

N.Əsədovaya bundan öncə verdiyi açıqlamanı xatırladanda isə bildirib ki, o, heç bir media nümayəndəsi ilə görüşməyib və açıqlama verməyib. “Bəs yazılanlardan xəbəriniz varmı” sualına cavabda isə general xanımı “Bilmirəm, xəbərim yoxdur, gizli yazıblar, özlərindən yazıblar. Deyə bilmərəm. Heç kimlə danışmamışam. Siz də bir daha məni narahat etməyin”.

Musavat.com xatırladır ki, N.Əsədova 14 saylı uşaq poliklinikasının baş həkimidir. O, daha öncə bu poliklinikada sıravi həkim olub. Həyat yoldaşı nazir müavini olandan sonra isə N.Əsədova poliklinikaya baş həkim təyin edilib.

N.Əsədova criminal.az-a açıqlamasında bildirmişdi ki, Hilal Əsədov hazırda işdədir, MTN-də, öz kabinetində, iş başındadır: “Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayırlar. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılmağı yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu, yəqin, kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axı bu düz deyil”.

Baş həkim demişdi ki, bir neçə gün əvvəl yaşadıqları evin şəklini də çəkiblər, deyirlər, guya evdə axtarış olub. Kiminsə kimsəni cəzalandırması düz deyil axı…

N.Əsədova həyat yoldaşının Bakıda otelləri və obyektləri olması məsələsinə də aydınlıq gətirib: “Otelimiz, obyektimiz var ki, əlimizdən də alınsın? Həyat yoldaşımın bir obyekti belə yoxdur. O, təmiz işləyən adam olub. Hilal müəllim dövləti, milləti üçün təmiz işləyən bir şəxsiyyətdir. Haradadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Murdar adamlar yayırlar belə məlumatları. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki, heç nəyimiz yoxdur. Bir obyekt belə yoxdur, hələ onun sayını çoxaldırlar. Belə bir misal var: yaddan çıxıb gözdən düşmə, amandır. Yəqin, bizi yaddan çıxmağa qoymurlar. Ona görə də Hilal müəllim haqda məlumatlar yayır, canfəşanlıq edirlər”.

Nazir müavininin xanımı vəzifənin ömürlük olmadığını vurğuladı: “Çıxaranda da çıxararlar. Vəzifə hamı üçün ömürlük deyil ki… Cənab prezident sərəncam verib çıxardar, canı sağ olsun. Vəzifə ancaq bizim üçün deyil ki. Çıxaranda da gedib xidməti təqaüdünü alar.  Yoldaşım 11 il MTN-də can qoyub. Antiterror idarəsində zülm çəkib bu insan. Niyə ağızlarına gələni yazırlar?”

Bütün hallarda general xanımı səviyyəsində bu açıqlamanın verilməsi nonsens sayılırdı. Musavat.com hesab edir ki, N.Əsədovanın bu ərəfələrdə hansısa bir media orqanına müsahibə verməsi inandırıcı görünmür. Ortada iki versiya var: 1. Çox güman ki, söhbət dostcasına olub və o, bunun mediada yayımlanacağından xəbərsiz olub. 2. Bu müsahibəyə görə ona həyat yoldaşı tərəfindən ciddi təpki olub. Bu səbəbdən də baş həkim indi dediklərini təkzib etmək zorunda qalır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə