Baş Dövlət Yol Polisi İdarəsində Balakişi Əhmədov “Krallığı”…
Baş Dövlət Yol Polisi İdarəsində Balakişi Əhmədov “Krallığı”…
28 Sentyabr 2015 / 18:07 / Baxış sayı: 0
Font1 Font2 Font3 Font4
Загрузка...

I Avropa Oyunlarından əvvəl Baş Dövlət Yol Polisi İdarəsi və onun əməkdaşları qanunsuz əməlləri, haqlı-haqsız protokollar, cərimələr tətbiq etmə ilə yadda qaldı. Lakin haqlı narazılıqlar, konkret faktların ortaya qoyulması Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyini çıxılmaz vəziyyətə saldı və nəticədə daxili göstərişlə DYP əməkdaşları bir qədər “fəliyyətlərinə” ara verdilər.  Əslində buna “gözləmə mövqeyi” də demək olardı…

I Avropa Oyunları zamanı vətəndaşlara qarşı haqsıqlıq edən DYP əməkdaşlarına isə oyunlardan sonra yenidən yaşıl işıq yandırıldı. Bu dəfə isə bu işıq daha gurdur.  Hazırda DYP  əməkdaşları bütün oyunlardan çıxaraq cərimələr tətbiq etməyə, haqlı-haqsız protokollar yazmağa məcbur edilirlər. DYP-dən səhər işə çıxan hər polis gündəlik plan verməlidir ki, nəticə etibarıilə bu haqlı narazılıqlara gətirib çıxarır. Əslində bu vəziyyətdə nə sürücünü, nə də DYP əməkdaşını günahlandırmaq olmaz. Sürücü də, DYP əməkdaşı da konkret göstərişin qurbanına çevrilir. Biri işini itirməmək üçün məcbur olur, digəri isə neçə deyərlər, oturduğu yerdə cərimələnir.

Dünya təcrübəsində güzəştlər deyilən bir anlayış var.  Norveç, İsveç, bəyənmədiyimiz Almaniya, Fransa kimi ölkələrdə sürücülərin cərimələnməsi son anda baş verir. Yol Polisi əməkdaşı vətəndaşı cərimələdiyi, ona kömək edə bilmədəyi üçün üzr belə istəyir…  

Azərbaycanda isə… Fərqli tendensiyadır… Kim yaradıb bunu? Niyə yaradıb? Qaydalar yaratmaq üçün yoxsa, rüşvət alıb villaların sayını artırmaq üçün…  Hər iki halda yenə daş bizə dəyir… Azərbaycandan Avropa Məhkəməsinə gedən şikayətlər bumeranq kimi ölkəmizə qayıdır… Uduzan Azərbaycan, cərimələnən biz, qazanan bir iki məmur…

Bizimxeber.az-a daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsində vəziyyət günü-gündən pisləşir. Hər xirda problemin həllindən tutmuş, sürücülük vəsiqəsinin alınması, radar və cərimələrin silinməsi və adi vətəndaş üçün böyük sayıla bilən problemlərin həllinə kimi ianə istənilir… Buna rüşvət demək də olmur… Çünki, rüşvət bir qədər fərqli anlayışdı. Rüşvət konkret anlamdı…

Rüşvət nədir? – Öz xeyrinə olaraq bir işgördürmək xatirinə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya şey… Bəli, şey. Yəni pul da ola bilər, başqa şey də…

Amma, Baş Dövlət Yol Polisi İdarəsində bütün problemləri ŞEY yox, məhz PUL həll edir… Şey rüşvət sırasına aid sözdü… Bir radar sildirmək üçün orda kimisə verilən 300 manat isə rüşvət deyil… Puldur. Gülünc səslənir, amma bu belədir. Radar sildirməık üçün kiminsə veridiyi 300 manatı hansısa DYP əməkdaşının və ya hansısa rəisin əlində (və ya şkafinda, seyfində) tutsalar ona rüşvət alma maddəsi ilə cinatyət işi qaldırmayacaqlar… Adını ianə və ya nəysə qoyacaqlar…

Ona görə də, Baş Dövlət Yol Polisi İdarəsində hər problemin həllinin öz qiyməti, öz adamı var… Kimsə kimsənin bazarına gizməz… Halal bölgü, nizamlı pul alma… Məsələn radar sildirməık istəyın adam, sürücülük vəsiqəsi satan rəsilə danışa bilməz. Və ya əksinə.

Amma istisnalar da var. Baş Dövlət Yol Polisi İdarəsində bütün problemləri rəis Ramiz Zeynalovdan sonra həll edə biləcək bir imza var. Yol Patrul Xidməti Alayının rəhbəri Balakişi Əhmədov… Bir pillə aşağıda qərarlaşan Balakişi Əhmədovun qılıncının dalı da kəsir, qabagı da.

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, idarədə rəisdən başqa kimisə saya salmayan B.Əhmədov kifayət qədər güclü fiqurdur. Bakı və Mingəçevir şəhərində ciddi biznesə malik olan B.Əhmədov bütün strukturlara nəzarət edir. Kifayət qədər maliyyə imkanlarına və dayaqlı fiqurlardan sayılan B.Əhmədovu yaxın vaxtlarda daha böyük vəzifə də gözləyir.

Daxil olan məlumatlarda qeyd olunur ki, yaxın aylarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi kadr dəyişikliyi gözlənilir. Ehtimal ki, rəis R.Zeynalov vəzifədən uzaqlaşdırlacaq ki, bu posta ən iddialı adam da məhz Balakişi Əhmədovdur.

Qeyd olunur ki, Baş Dövlət Yol Polisi bütün strukturlara öz adamını yerləşdirən B.Əhmədov əks hücuma keçmək üçün konkret zaman gözləyir. Mətbuatda gedən məlumatları dərhal sildirməyə çalışan Alayının rəhbəri bu yolla adının təmiz qalmasına çalışır. Bir sözlə, Polkovnik Əhmədov daha boyük biznesə və işlərə nail olmaq, GENERAL olmaq niyyətindədir.

Reallıqda isə BDYP- barədə səsləndirilən neqativ söhbətlərin altında onun imzası keçir… Balakişi Əhmədov isə narahat deyil…

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…

Ədil Hüseynli
Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə