Leyla Əliyeva xeyriyyə tədbiri keçirdi – Moskvada
Leyla Əliyeva xeyriyyə tədbiri keçirdi – Moskvada
26 Sentyabr 2015 / 13:39 / Baxış sayı: 0
Font1 Font2 Font3 Font4
Загрузка...

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Rusiya Müftiləri Şurası və “İhlas” Xeyriyyə Fondu birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib.

Heydər Əliyev Fondunun nümayəndələri Rusiya Müftilər Şurasının sosial-xeyriyyə və dini-maarifləndirmə departamentinin və “İhlas” Fondunun təmsilçiləri ilə birlikdə aztəminatlı ailələrə, o cümlədən azərbaycanlı ailələrə, habelə imkansız insanlara qurban əti paylayıblar.

Qurban sovqatı alanlar diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, humanizm və mərhəmət aktı, yaxınlara qayğı kimi qəbul edilən bu xeyriyyə aksiyası yüksək mənəvi ideallara ən gözəl örnəkdir və bizim mənəvi əlaqələrimizi möhkəmləndirir.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə