Özbəkistan İŞİD-lə döyüşən koalisiyaya dəvət aldı
Özbəkistan İŞİD-lə döyüşən koalisiyaya dəvət aldı
28 Avqust 2015 / 0:45 / Baxış sayı: 72
Font1 Font2 Font3 Font4
Загрузка...

ABŞ Özbəkistana İŞİD terror qruplaşmasına qarşı koalisiyaya qoşulmağı təklif edib. Bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə işlər üzrə köməkçisi Deniel Rozenblyum bildirib.

“Biz Özbəkistandan və bir çox digər ölkələrdən  İŞİD-ə qarşı koalisiyaya qoşulmağı xahiş etdik. Koalisiya tək hərbi əməliyyatlar deyil, həmçinin İŞİD-in maliyyələşdirilməsi ilə mübarizə, sərhədlərdən keçmə barədə məlumatların mübadiləsi və s. vəzifələri reallaşdırır”, deyə  Rozenblyum bildirib.

Deniel Rozenblyum Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilov ilə görüşüb. Görüşdə bir sıra beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə xüsusi diqqət Əfqanıstandakı vəziyyətə və hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı məsələlərə yetirilib.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə