Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Biabırçı məhkəmə qərarı: 3 nəfəri öldürən sürücü həbs olunmadı
Biabırçı məhkəmə qərarı: 3 nəfəri öldürən sürücü həbs olunmadı
14 Avqust 2015 / 13:18 / Baxış sayı: 0
Font1 Font2 Font3 Font4

Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə martın 25-də Mingəçevirdə 3 nəfərin ölümü ilə nəticələnmiş avtobus qəzası törətməkdə təqsirli bilinən sürücü Elgün Hüseynovun məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sürücü E.Hüseynov Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə təqsirli bilinib. Qeyd edək ki, məhkəmənin ilkin iclası aprelin 15-də keçirilmşdi. Zərərçəkən şəxslər prosesə qatılmadığından məhkəmə təxirə salınmışdı.

Загрузка...

Zərərçəkən Elmir Qəmbərovun virtualaz.org saytına verdiyi açıqlamaya görə, ona göndərilən çağırış məktubu prosesin başlandığı gün gəldiyindən məhkəməyə gedə bilməyib.

Maraqlıdır ki, 3 nəfərin ölümü, 15 nəfərin yaralanmasına səbəb olan sürücü barədə həbs-qətimkan tədbiri seçilməyib. O, hazırda ev dustaqlığındadır. Növbəti proses sentyabrın 23-də keçiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə