Ağsuda olay: Məktəb direktoru xadiməni döydü
Ağsuda olay: Məktəb direktoru xadiməni döydü
25 İyun 2015 / 11:41 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Загрузка...

Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib. Lent.az aznews.az-a istinadən xəbər verir ki, rayonun Keçdiməz kənd orta məktətinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib.

Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsi ilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb.

Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı təsdiqləyib. O bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucucovanın döyüldüyünü təsdiq edir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə