Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum etdi
İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum etdi
17 İyun 2015 / 12:01 / Baxış sayı: 4
Font1 Font2 Font3 Font4

Hüquq müdafiəçisi Emin Hüseynovun İsveçrənin xarici işlər naziri Didye Burkhalter tərəfindən ölkədən çıxarılmasının yeni sensasion təfərrüatları məlum olub.

Virtualaz.org saytına hakimiyyət dairələrindəki mənbələrdən daxil olan məlumata görə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 10 aydır gizləndiyi İsveçrə səfirliyinin binasını Azərbaycan və İsveçrə hakimiyyətləri arasında əldə edilmiş razılıq sayəsində tərk edib. Bu razılaşma Azərbaycan və İsveçrə arasında dostluq və tərəfdaşlıq münasibətləri çərçivəsində əldə edilib.

 

Məlumata görə Emin Hüseynov Azərbaycan dövləti qarşısında vergi borcunu tamamilə ödəyib (təxminən 160 min dollardan söhbət gedir). Həmçinin Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs qətimkan tədbiri humanitar əsaslarla ləğv edilib və E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib.

 

Xatırladaq ki, bir gün əvvəl YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış edərək Emin Hüseynovun Azərbaycandan qanunsuz şəkildə, gizlicə qaçırıldığını bəyan etmişdi. Material yenilənəcək, saytımızı izləyin.

Загрузка...



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə