Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu dövlət sizin üçün daha nə etməlidir?..
  • 15 İyun 2015 / 14:09 / Baxış sayı: 5390

Ədil Hüseynli

Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edir. Açılış da oldu və artıq qızıl medallarımız da var. Təfərrüat bəllidir və bunu yenidən qabardıb vaxt almaq niyyətində deyiləm. Bütün dünyanın elə ermənilərin də gözü Bakıdakı qızıl medallardadır. Medal sayına görə, ev sahibi olaraq birinci yerdəyik və buna görə qurur duyuruq.

Загрузка...

Amma qızıl medalla hər iş tamamlanmır və bu o demək deyil ki, problemlər bitib.

Qərb mətbuatı isə durmadan yazır, susmaq bilmir… Onları susdurmaq üçün dayanmadan güllələr atan Azərbaycanın ayda 100 min manatlar xərcləndiyi “media holdinq”lərin atdığı güllələr Biləcəridə yerə düşür… Belə desək, bumeranq kimi özümüzə qayıdır…

Elə isə Mətbuat Şurasının sədri Əflatun Amaşovun dili ilə desək “bu sayaq” hücumların qarşısına elə “o sayaq” hücumlarla niyə çıxa bilmirik? Yaxud sualı bir qədər də konkretləşdirsək, nəyiniz çatmır? Dövlət sizə nə etməyib və yaxud daha nə etməlidir? Bu yük daha çox məhz o jurnalistlərin və baş redaktorların üstünə düşür.

Çünki bahalı ofislərdə yerləşən, tam təminatlı avadanlıqlarla təmin edilən və işçilərinə yüksək məvacib verənlər onlardır. Ad da çəkmək olar, amma atalar yaxşı deyib: görünən dağa nə bələdçi.

İki gün öncə telekanallrdan birində olkəmizin ünlü media kapitanı kimi tanınan, nəzarətində saytlar və qəzet olan baş redaktorlardan biri Avropadan ölkəmizə yönəlik olan siyasi təpkiləri elə bir formada şərh edirdi ki, adamın ağzı açıq qalırdı. Gülmək istəyirsən, amma dayanıb bir anlıq düşünürsən ki, söhbət Azərbaycandan gedir və doğurdanmı bunlar bu qədər primitiv düşünürlər… Doğurdanmı baş vrənlərə belə yanaşma tərzi sərgiləməklə işlərini bitmiş hesab edirlər? Axı illərdir sizlərə 100 min manatlar xərclənir ki, lazımi anlarda dövləti yüksək səviyyədə müdafiə edəsiniz. Bəs siz neynirsiniz? Həmin pulları hara xərcləyirsiniz? Hanı Avropa Oyunları ilə bağlı bir yazı ki, dünya mətbuatında böyük səs-küy yaratsın? Niyə yoxdur? Çünki o pulların böyük hissəsini özünüzə bahalı maşınlar almağa, villa tikməyə xərcləmisiniz.

Peşəkar jurnalistləri isə işdən uzaqlaşdırıb oyundan kənar saxlamısınız. Efirdən Azərbaycan qüdrətli dovlətdir deməklə, Avropa mətbuatındakı yazıları “cəfəng və boş bir şey” adlandırmaqla nəyə nail oluruq? Hansı Avropa dövlətinin yüksək çinli siyasi lideri sizin Biləcəridən o tərəfə tanınmayan saytınız və ya qəzetinizdəki yazının oxuyur? Bununla kimi aldadırıq? Siyasi kursu hələ də bilməyən bu saytların baş redaktorları qorxularından xarici mətbuatdakı xəbərləri tərcümə edib saytı doldurmaqla məşguldur… Hər gün dualar edirlər ki, bircə bu Olimpia Oyunları bitsəydi bir az rahatlaşardıq… Olanınız budur qınamaq olmaz…

Erməni telekanallarının Olimpia Oyunları ilə bağlı apardığı təbliğata baxın.. Diqqət edin, görün onların bir reportajı hansı Avropa ölkələrində hansı sayda oxunur… Nə qədər şərh gəlir və ortaya hansı mövqe qoyulur… Siz niyə bunu etmirsiniz. Niyə edə bilmirsiniz? Oyunlardan reportajlar belə telekanallrdan götürülür…

Azərbaycan tək İlham Əliyevdən ibarət deyil. Əgər prezident bu sıx vaxt qrafikində oyunlara kimi vaxt ayırıb öz ailəsi ilə baxmağa gedirsə, demək, bu bizə lazımdır… Əgər prezident İlham Əliyev baş verənlərin dünya mətbuatına çıxmasına çalışırsa bəs siz niyə çalışmırsınız? Cünki nə edəcəyinizi bilmirsiniz. Çünki hara getdiyinizi bilmirsiniz.

Elə isə sizə nuş olsun… Oyunlardan sonra yenə sizlərə mükafat verəcəklər… Mətbuat Şurasının sədri Əflatun Amaşov artıq siyahını hazırlayıb. Havayı puldu, alın yeyin. Amma yaxşı çeynəyin ki, həzm prosesində əziyyət çəkməyəsiniz…

Bu arada prezident İlham Əliyev diqqətdə saxlamaq üçün oyunlara baxmağa gedir. Masallının icra başçısı Ravil Hüseynov isə jurnalistlərə qonaqlıq verir ki, mətbuatla korlanmış münasibətləri düzəlsin. Deməli, icra başçısı mətbuatın gücünü anlayır. Mətbuatın içində olan milyonluq baş redaktorlar isə hələ də Avropaya yol tapa bilmir. Masallıda isə 120 ziyalı icra başçısının qanunsuz əməllərinə qarşı aclıq aksiyası keçirir. Rafiq Hüseynov isə fərqinə varmır ki, bütün dünyanın gözü Azərbaycanda olduğu halda, onun hərəkəti bu uğurlara kölgə salır…

Qəribə tendensiyadır…

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə