Ucar Reyestr Xidməti rəisindən saxtakarlıq – İTTİHAM
Ucar Reyestr Xidməti rəisindən saxtakarlıq – İTTİHAM
11 İyun 2015 / 13:16 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Загрузка...

Ucar rayon sakini şikayət məktubu yazıb. Rayonun 416-cı Taqanrok küçəsi, ev 13-də yaşayan Qəhrəmanov Amil Mahmudəli oğlu məmur özbaşınalığı ilə üzləşdiyini deyir. 

Onun dediyinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun qanunsuz əməllərindən Ucar camaatı çox əziyyət çəkir: “Ucar rayonunun Nizami küçəsi 8-də atamdan miras qalmış 5 hektar torpaq sahəsi və 156 kvadratmetr mənzil sahəsi olan yaşayış evini bizim xəbərimiz olmadan bacım Qəhrəmanova Təzəgül Mahmudəli qızının və qardaşımın həyat yoldaşının adına reyestr çıxarışı verib.

Bundan sonra mən mirasın qəbul edilməsinə dair iddia ərizəsi ilə Ucar rayon Məhkəməsinə müraciət etdim. Ucar rayon Məhkəməsi iddiamı təmin edib atamdan qalma mirasın 5/8 hissə payının vərəsə kimi mənim tərəfimdən qəbul etmə faktının təsdiq edilməsinə dair 13.04.2015-ci il tarixdə qətnamə çıxardı”.

A.Qəhrəmanov deyir ki, həmin Qətnamə qanunu qüvvəyə minib icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə göndərilsə də, qanunsuz olaraq icra edilmir: “Məndən istədikləri pulu verə bilmədiyim üçün deyirlər ki, bu mümkün deyil. Ucar rayon Məhkəməsinin qətnaməsini get ya notariusda, ya da elə məhkəmənin özündə ləğv etdir. Bunlar bu sözlə məni sanki ələ salırlar.

Nəyə görə ləğv edilməsini isə izah edə bilmirlər. İzahı isə budur ki, bacımın və qardaşımın arvadının adına qanunsuz olaraq reyestr çıxarışı veriblər. Bu boyda saxtakarlıq, özbaşınalıq olmaz.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova müraciət edib xahiş edirəm; Ədalət Cabbarovun qanunsuz əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verin”. /Tia.az/



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə