Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“BÖYÜK JURNALİST”lər…
  • 09 Mart 2015 / 18:34 / Baxış sayı: 6708

Uzun zamandı köşə yazmıram. Çünki son illər Azərbaycanda o qədər köşə yazarı peyda olub ki, adam bir az ehtiyyat edir. Təsəvvür edirsinizmi, cəmi 2 ay mətbuatda olan şəxsi gözlənilmədən ya baş redaktor edirlər, ya da redaktor… Və ona yazar statusu verib, şişirdirlər. Ümumiyyətlə, bu gün Azərbaycan jurnalistiksı nəzarətsiz uşaq bağçasını xatırladır.

Artıq KİV-ə Yardım Fondunun da, Mətbuat Şurasının da öz dar dairəsi müəyyənləşib. Onlara rəhbərlik edən şəxslər çox peşəkarlıqla 2 aylıq redaktoru yuxarı dairələrə “BÖYÜK JURNALİST” kimi təqdim edə, hətta onun adına mənzil də ala, böyük layihələr qura bilirlər. Burada çətin heç nə yoxdu: Azərbaycandır və Azəbaycan jurnalistikasıdır. Necə istəsələr elə də idarə edirlər.

Загрузка...

Əvvəllər, jurnalistikada iki düşərgə var idi: Biri müxalif, digəri də iqtidar jurnalistikası. Əslində, bu da jurnalistika deyildi. Sadəcə, bölgü belə idi. Müxalif jurnalsitikası problemləri qabardıb tənqid edirdi, iqtidar jurnalistikası isə pafoslu yazılar yazır, daha fərqli mübarizə metodları axtarıb tapırdı. Təbii ki, heç biri uğurlu deyildi. Amma hər halda bu bölgü bütün dairələrdə qəbul olunurdu. Sonradan isə daha bir qol peyda oldu: müstəqil mətbuat…

İndi bunu belə adlandırırlar. Heç bir təhsili olmayan şəxslər kimlərinsə böyük və ya kiçik maliyyə dəstəyi ilə saytlar, agentliklər yaratdı, ağzına nə gəldi yazdı… Adını yaza, faiz hesablaya bilməyən, taksi sürücüləri baş redaktor oldu… Bunun da adını qoydular müstəqil jurnalistika…

Elə əsl rəzalət də bundan sonra başladı. Nə qayda var, nə siyasi kurs, nə biznes layihə, nə də bir şey. Kimdən necə istəyirsən yaz, necə istəyirsən elə də idarə et…

Hər bir demokratik cəmiyyətdə müstəqil mətbuatın daha çox olması uğurlu haldır. Amma bu saytlara, hətta agentliklərə kimlərin rəhbərlik etməsi, onların hansı savad və təcrübəyə malik olması ondan da vacibdir. Əgər bir baş redaktor xəbər yaza bilmirsə, onun yükünü anlamırsa, o zaman onun nəzarətindəki mətbu orqan necə idarə olunur?

Digər tərəfdən bu saytlara maliyyə ayıran məmur niyə düşünmür ki, pul verdiyi saytın baş redaktoru bu sahədə nə qədər təcrübəli və savadlıdır… Ona verilən pullar havaya sovrulur yoxsa, o bu pullarla ortaya ciddi nəysə bir iş qoya biləcək?!

Bu gün ölkəmizdə onlarla maliyyələşdirilən saytlar və agentliklər var. Onların hansı biri Avropanın bizə yaxın olan ölkəsinin birində tanınır? Heç biri.

Xocalı soyqırımı ilə bağlı Azərbaycanda 100-lərlə trədbir keçirildi. Hansı avropa saytlarından biri o xəbəri istinad edib öz saytında yerləşdirdi.

Heç biri.

Elə isə kimə və nəyə lazımdır? Sadəcə baş qatırıq və məmurlar arası dava gedir, yəni “kimin əlində mətbuat varsa, o, güclüdür, kimdə yoxdursa o zəifdir” prinsipi… Belə deyil.

Unutmamısnızsa, eks-iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs olunanda, nəzarətində boyuk media holdinq var idi. Amma nə oldu? Həbs olunmadımı? İllər uzunu həbsdə qalmadımı… Eləcə də bu gün əlində mətbu orqanlar olan və ya nəyinsə müqabilində mətbuatın gündəmində olmayan bəzi məmur bundan sığortalanmayıb.

Daha bir qəribəlik də var. Bəzən hansısa hallar və münasibətlər işini uğurlu qura bilməyən bəzi məmurların əməllərinin mətbuatda işıqlandırılmasını sığortalayır. Amma bu o demək deyil ki, həmin məmurun işində heç bir problem yoxdur və ya, onun əməllərindən hər kəs xəbərsizdir. Azərbaycan mətbuatında qəribə bir ənənə formalaşıb. Filankəsə görə filan məmurun əməllərinə göz yumurlar, ondan yazmırlar. Qəribə tendensiyadır. Filan məmurun mətbuat xidmətinin rəhbəri, filankəslə dostdur və ya, hansısa toyda, tədbirdə bir cay içiblər, dost olublar… Elə buna görə də ayıbdır. Təsəvvür edin, “Google” axtarış sistemində 10 ildən artıqdır nazir olan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun nə biznesi, nə də bir qanuna zidd əməli barədə bir cümlə belə yoxdur. necə ola bilər ki, 10 ildən artıq məmur olasan haqqında hansısa mətbuat bir şey yazmaya… Gülməli tendensiyadır.

Bu gün Azərbaycan jurnalistikası özünün ölü bir dövrünü yaşayır. Avropaya inteqrasiya edən, Ermənistanla müharibə şəraitində yaşayan, günü-gündən güclənən, bəzən böyük güclərlə üz-üzə dayanan AZƏRBAYCAN və onun mətbuata daim diqqət göstərən prezidenti İlham Əliyevin ölkəsindəki mətbuat belə zəif və yox dərəcəsində olmamalıdır. Buna ciddi nəzarət olunmalıdır. Güclü mətbuat hər bir güclü ölkənin dayağıdır. Bizim mətbuat isə cox zəifdir. Cünki atalarımız yaxşı deyib: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik…” Yoxsa ayaqqabı ustasına kompüter verməyin ki, ala bunu təmir et. Hər işin öz peşəkarı var.

Ədil Hüseynli

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə