bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Nərimanovda turistlər avtoyuma məntəqələrinin əlindən bezib

431 oxunma | Tarix: | 3 ay öncə

Bakının strateji əhəmiyyət kəsb edən rayonlarında vəziyyətin həmişə diqqətdə saxlanılması daha vacib olub. Demək olar ki, paytaxta gələn xarici qonaqlar əsasən bu rayonların ərazisindəki otellərdə qalır, bu ərazilərdə olan-olmazı görürlər.

Belə rayonlardan biri də, Bakının Nərimanov rayonudur. Əslində bu rayon zaman-zaman öz təmizliyi və səliqə-səhmanı  ilə digərlərindən fərqlənib. Sonradan isə vəziyyət dəyişdi.  Yəqin ki, turistlər bu ərazilərdə gördüklərindən heç də məmnun deyillər.

Abdin Fərzəliyevin bu rayona icra başçısı təyin olunması vəziyyəti kökündən dəyişdi. Rayon ərazisindəki küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması adi hala çevirilib. Bütün bunlar azmış kimi, ərazidəki avtoyuma məntəqələrinin durmadan artması da maraq doguran hallardır.

XƏBƏRLƏR:  Direktor barədə daha bir ŞOK - “Müəllimləri imza atmağa məcbur edib”

 

Abdin Fərzəliyev isə şikayətçiləri dinləmir və bu problüemin aradan qaldırılmasına səy göstərmir. Bunun da doğal səbəbləri var.

Belə ki, bizimxeber.az-a daxil olan məlumata görə, avtoyuma məntəqələrinən ay ərzində aylıqlar yığılır ki, bunun da bir qismi Abdin Fərzəliyevə çatır. Buna görə də, vətəndaşlar illərdi narazı olaraq qalırlar.  Sakinlər bildirir ki, artıq şikayət etməkdən yorulublar: “İcra başçısı isə problemin aradan qaldırılması üçün heç bir iş görmür. Məcbur olub aksiya keçirmək niyyətindəyik”.

XƏBƏRLƏR:  Ana qızı ilə sevişib, videosunu sevgilisinə göndərib - MƏHKƏMƏ

Sakinlər bildirir ki, hətta türistlər də avtoyuma məntəqələrinin belə nəzarətsiz fəaliyyətinə baxıb gülür və bu ərazilərdəki hotellərdə, şəxsi evlərdə qalmaq istəmirlər. Səs-küy və küçələrin keçilməz olması turistlər üçün əlverişli deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir