Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Nəriman Nərimanovun büstü baxımsız vəziyyətdədir – Video

2910 oxunma | Tarix: | 1 həftə öncə

Xudat şəhərində Nəriman Nərimanovun büstü və ətrafı baxımsız vəziyyətə düşüb. Bizimxebe.az report-a istinadən məlumata görə, büst şam ağacları əkilən ərazidə yerləşir. Ağaclığın içi məişət tullantıları ilə çirklənib, büst isə tanınmaz hala düşüb. Büstün üzərindəki məlumat lövhəsi yoxdur. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov “Report”a bildirib ki, həmin ərazi özəl mülkiyyətdədir: “Sovet dövründə orada Konserv Zavodu olub. Hazırda isə Sadıq adlı sahibkara məxsusdur. Şəxsi mülkiyyət olduğundan, oranın təmizlik işlərinə baxa bilmirik.

XƏBƏRLƏR:  Vaqif Əsədov hospitala yerləşdirildi

Həmçinin, büstün götürülüb-götürülməyəcəyi barədə hələlik bir söz deyə bilmirəm. Üzərində nalayiq sözlər yazıldığından, büstün üstünü əhənglə ağartmışıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir