Əsas menu

Neftin qiyməti niyə üzü aşağı yuvarlandı…? 

Dünya birjalarında neftin qiyməti son iki gündə kəskin aşağı dşməyə başlayıb. Virtualaz.org xəbər verir ki, ötən gün mayın 30-da “Brent” markalı neft birdən birə 6 faizdən çox dəyər itirib. Ucuzlaşma bu gün də davam edib və Bakı vaxtı ilə saat 23.00-a olan birja məlumatlarına görə neftin barreli daha 5 faizə yaxın ucuzlaşıb.

Və bu ilin fevralından bəri ən aşağı həddə enib-1 barreli 61.85 dollara satılırdı. Başqa sözlə neft son iki-üç gündə neft 10 dollara yaxın ucuzlaşıb.

Qeyd edək ki, Azərbaycan büdcəsində neftin qiyməti 60 dollardan götürülüb.

Analitiklər qeyd edirlər ki, dünya bazarlarında neftin bu cür kəskin ucuzlaşması ABŞ-ın makrostatistik göstəriciləri və qlobal ticarət riskləri ilə əlaqədar tələbatın kəskin azala biləcəyi haqda narahatlıqlarla bağlıdır.

Bazarda xarici ticarət risklərinin neftə olan tələbatı azaldacağına dair narahatlıqlar artır. Belə bir vaxtda ABŞ-dan neft ehtiyatlarının və hasilatının artması haqda xəbərlər gəlir. Bu isə neftin daha da ucuzlaşmasına gətirib çıxara bilər.

İnvestorlar Çinlə ABŞ arasında ticarət müharibəsini narahatıqla izləyirlər. Çünki bu müharibənin təsirləri ilə Çin iqtisadiyyatında geriləmə baş verə, nəticədə neftə tələbat azala bilər. O cümlədən ABŞ prezidenti Donald Trampın miqrant axını dayanmasa Meksikaya qarşı ticarət embarqoları tətbiq etməklə hədələməsi investorları qorxudub.

Neftin ucuzlaşması “Baker Hughes” və GE Company neft-servis şirkətlərinin məlumatlarının açıqlanmasından sonra daha da sürətlənib. Bu şirkətlər bildirir ki, ABŞ-da işləyən neft quyularının sayı mayın 31-nə olan məlumata görə artaraq 800-ə çatıb. 

Rusiyadan “Alpari” analitik mərkəzinin rəhbəri Aleksandr Razuvayev bildirir ki, ABŞ-ın strateji neft ehtiyatlarına dair rəqəmlər neftin qiymətlərinə qısamüddətli təsir göstərən amildir. Əsas amil ABŞ-la Çin arasında ticarət müharibəsidir.

“Ticarət müharibəsi neftin qiymətini 30-35 dollara qədər endirə bilər. Lakin neft volatilli aktivdir və İran ətrafındakı situasiya bazarda hələ öz sözünü deyəcək. Tezliklə, ola bilsin elə gələn həftə geosiyasi gərginlik qiyməti yenidən 70 dollara qaldıra bilərdi”-analitik bildirib.

Lakin maraqlıdır ki, son kəskin ucuzlaşma ABŞ-ın İran ətrafına hərbi qüvvə cəmləşdirdiyi, İranın isə Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerlərinə hücum təşkil etdiyi haqda xəbərlər fonunda baş verir. Habelə ABŞ İrandan neft ixracını tamamilə məhdudlaşdırıb və bu da bazarda təklifin günə 2 milyon barrelə qədər aşağı düşməsi deməkdir. Amma neft bütün bu amillərə baxmayaraq üzü aşağı yuvarlanır…

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*