Neftin qiyməti ilə bağlı PROQNOZ
Neftin qiyməti ilə bağlı PROQNOZ
08 Noyabr 2016 / 17:55 / Baxış sayı: 514
Font1 Font2 Font3 Font4
Bizimxeber

OPEK təşkilatına üzv olan ölkələrin neftinin orta qiyməti 2040-cı ilə qədər nominal ifadədə 155 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 92 dollar/barel) yüksələ bilər. 

Bu barədə OPEK-in 2040-cı ilə qədər neft bazarı ilə bağlı hazırladığı hesabatda (World Oil Outlook) deyilir.

Sənəddə, həmçinin qeyd olunub ki, 2016-cı ildə OPEK neftinin orta qiyməti 40 dollar/barel təşkil edəcək və 2021-ci ilə qədər hər növbəti ildə 5 dollar/barel artım göstərərək nominal ifadədə 65 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 60 dollar/barel) çatacaq. “Bu ehtimallar neft bazarında vəziyyətin tədricən yaxşılaşmasına əsasən verilib”, – deyə hesabatda bildirilib.

Kartelin ekspertləri hesab edirlər ki, bu qiymətləndirmələr proqnoz deyil və OPEK ölkələrinin arzuladığı neft qiymətləri hesab edilməməlidir: “Bu, sadəcə, ehtimallardır və bunun əsasında OPEK-in analitikləri proqnozlar hazırlayırlar”.

Qeyd edək ki, OPEK nefti təşkilata üzv olan ölkələrin bütün neft markalarının bazar qiymətinin orta arifmetik qiyməti hesab olunur.(report)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə