Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Neftçalada əsrlərdir təmiz su yoxdur – SÖZARDI

406 oxunma | Tarix: | 4 ay öncə

Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edirlər. Oxu.Az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya suyun verilməsi planlaşdırılır.  “Layihəni işləyib yekunlaşdırmışıq. Bunun üçün 40 km-ə yaxın magistral su kəməri xəttinin çəkilməsi planlaşdırılır. Layihə yekunlaşdırıldıqdan sonra Neftçala sakinləri bu sudan istifadə edə biləcəklər.

“Layihə təsdiqlənib, işlərə başlanılsa, gələn ilə Neftçala sakinləri sudan istifadə edəcəklər. Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edirlər”, – deyə ASC rəsmisi qeyd edib.

Əslində bir neftçalalı olaraq bu rayona gələcəkdə içməli suyun veriləcəyinə sevinirəm. Yəqin ki, bütün rayon sakinləri də mənim kimi bu xəbəri oxuyub sevinəcək. Nəhayət ki, XXI əsrdə Neftçalada su olacaq, insanlar təmiz su ilə təmin olunacaqlar.

XƏBƏRLƏR:  Yeni icra başçısı birinci müavini işdən çıxardı

Amma bu xəbərdə adamı sözün həqiqi mənasında əsəbləşdirən bir cümlə var: “Bu gün Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edirlər”. Bəli məhz bu cümlə ilə razılaşmaq mümkün deyil. Nəinki bu gün, heç dünən də, illər öncə də Neftçala sakinləri təmizlənmiş su içməyib. Adi bir fakt deyəcəm. Bildiyiniz kimi, Neftçala Kür çayının sahil boyunda yerləşir. Bu rayonun su təminatı da Kür suyu vasitəsi ilə həyata keçirilir. Kür suyunun necə “təmiz” olduğunu şərh etməyə ehtiyac yoxdu. Türkiyənin Qızılgədik dağlarından Neftçalaya kimi gələn çirkli su bu rayon sakinlərinin payına düşür.

Neftçalada nəinki təmizlənmiş, vallahi-billahi heç təmizlənməmiş su da yoxdu. Ayda ildə bir dəfə su verilir ki, onu da nə içmək olar, nə də çimmək.

XƏBƏRLƏR:  Oqtay Gülalıyev hələ də komadadır - Son durum

Amma rayonun su idarəsinin müdiri Nizami Manafov bu cirkli sudan içmir. Əslində düz edir, maşın-maşın bu çirkli sudan satdırıb özü üçün marketlərdən içməli su alır. Nəyinə lazım Qoltuq kəndindəki Məmmədqulu hansı sudan içəcək. Adam hərdən düşünür ki, görəsən Su İdarəsinin müdiri bu biabırçı vəziyyətə görə, heç olmasa utanır. Qoltuq kəndinin adını elə belə çəkmədim. Qoltuq rayonun ən yaxın kəndidir. Rayon mərkəzinə ayaqla 15 dəqiqəlik yoldur. Amma bu kənddə əsrlərdir su problemdirsə o zaman diğər kəndləri – Xol Qarabucaq, Mikayıllı, Aşağı Qaramanlı kimi kəndlərindəki vəziyyəti təsəvvür etmək çətin deyil.

Odur ki, Neftçalaya su çəkənlər və ən əsası təmiz su ilə təmin edənlər əsl savaba batarlar. Qaldı ki, bu rayonun hazırda təmizlənmiş su ilə təmiantına, bunu eşidin inanmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir